AĞSU POLİSİNDƏ ÖZBAŞINALIQ – VİDEO

 AĞSU POLİSİNDƏ ÖZBAŞINALIQ – VİDEO

İsmayıllı rayon sakini Ağsu polisinin özbaşnalığı haqqında video görüntüləri əks elətdirən kadrlarla birlikdə şikayət məktubu ünvanlayıb. Həmin şikayətu dəyərli oxucuların diqqətinə təqdim edilir.


İsmayıllı şəhəri Füzuli küçəsi, 27 nömrəli evdə yaşayan Səfərov Mehman Səfərəddin oğlu bildirir ki, 03 mart 2016-cı il tarixində sürücülük vəsiqəsi almaq üçün Ağsu rayonuna regional qeydiyyat imtahan və texniki baxış şöbəsinə gedir. Sənədlərini imtahan vermək üçün sözügedən orqana təqdim edib dövlət rüsumunu ödəmək üçün Kapital Bankın Ağsu filialına yollanır. Olaylar da bankdan geri qayıdarkən baş verir. Şikayətçi bildirib: “Sürücülük vəsiqəm olmadığı üçün İsmayıllıdan dostum Füzüli Cəfərovu da özümlə götürmüşdüm ki, avtomobili idarə etsin. Biz kapital bankdan çıxıb imtahana qayıdarkən rayonun içində bizi Ağsu rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşları saxladılar. Təbii ki, avtomobilin sahibi mən olduğum üçün yerə düşərək polis işçilərinə yaxınlaşdım. Polis serjantı Rais Baxşəliyev döş nişanı 19 32 özünü təqdim edərək məndən sənədləri təqdim etməyimi istədi. Sənədlərimin imtahan şöbəsində olduğunu və özümün də ora getdiyimi bildirdim. Bu zaman o, mənə sənin texniki baxışın da yoxdur deyərək nə verə bilərsən, səni yola salaq deyərək soruşdu. Mən ona cavab verdim ki, mən nəyə görə sizə nə isə verməliyəm ki, avtomobil mənimdir, sürücü dostumdur, özüm də ki, canlı etibarnamə deyərək soruşdum. Bu an polis əməkdaşı Rais Baxşəliyev hay-küy salmağa başladı və dedi ki, sənin sürücülük hüququn olmadığı halda avtomobili idarə edirsən. Həmin mübahisəyə sürücü Füzuli Cəfərov da qoşuldu və özünün sürücülük vəsiqəsini təqdim etdi. Ancaq polis əməkdaşı açıqca bizi şərləyərək dirəndi ki, avtomobili Füzuli Cəfərov deyil, sən idarə etmisən. Sonradan polis əməkdaşı heç bir hal şahidi olmadan avtomobilimin sükanına əyləşərək onu polis şöbəsinə apardı. Mən taksi ilə imtahan yerinə getdim və imtahanı verərək sürücülük vəsiqəsini aldım. Günortadan sonra saat 15:30 radələrində mən dostum Füzuli Cəfərovla Ağsu rayon polis şöbəsinə getdim. Polis şöbəsində yol patrul polisi bölməsinin rəis müavini özünü Bəxtiyar adı ilə təqdim edən polis kapitanı qeyd etdi ki, biz sizin nə vaxt sürücülük vəsiqəsi almağınız barəsində regional qeydiyyat və imtahan şöbəsinə müraciət edəcəyik, sonradan protokol yazılacaq və bizimlə razılaşdıqdan sonra avtomobilinizi apara bilərsiniz. Mən buna etiraz etdim. Bəxtiyar adlanan polis kapitanı qeyd etdi ki, bizdə sizin avtomaşını idarə etməyinizi sübut edən video görüntü var. Biz nə qədər həmin video görüntünü bizə təqdim edin desək də onlar bundan imtina etdilər.
Mən daxili işlər nazirliyinin qaynar xətti olan 102 xidmətinə zəng edib şikayətimi bildirmişəm, eyni zamanda daxili işlər naziri cənab Ramil Usubova müraciət edirəm və xahiş edirəm ki, mənə qarşı bu qanunsuzluğu həyata keçirən polis əməkdaşlarını cəzalandırsın. Bu adamlar heç bir qanuna məhəl qoymadan mənim avtomobilimi heç bir hal şahidinin iştirakı olmadan rekerdcəsinə günün günorta vaxtı əlimdən alıb apardılar. Məgər qanunlar buna izn verirmi? Bəs deyilmi polis özbaşnalığı? Cənab nazir, başqa vaxt deyirsiniz ki, ölkə polisi qanunçuluğun qorunmasında böyük fədakarlıq göstərir. Budur fədakarlıq? Faktiki olaraq Ağsu polisi mənə qarşı ədalətsizlik etdi. Yaxşı, demirlər ki, görüntü var, onda təqdim etsinlər. Niyə yalan danışırlar? Onların sözləri və hərəkətlərindən belə çıxdı ki, mən onların bığının altından keçməliyəm. Cənab nazir, sizin polisləriniz rüşvətə qarşı deyil, əksinə onun çiçəklənməsi üçün çalışırlar. Ağsu polisi əslində ölkə polisinin sifətini ifadə etdi. Mən onlardan xahiş etdim ki, uzaq rayondan gəlmişəm, kasıb adamam, məni yolda qoymayın. Ancaq məni eşitmədilər. Cənab nazir, mən bu işin axırına kimi gedərək haqqımı tələb edəcəyəm. Yaxşı olardı ki, həmin polis əməkdaşları qanuna tüpürdüklərinə görə cəzalandırılsınlar”.

Ağsu rayon polis şöbəsi yol patrul xidmətinin baş inspektoru polis kapitanı Bəxtiyar Heydərovdan da baş verənlərə münasibət öyrəndik. O bildirib: “Bəli, həmin avtomaşını bu gün saat 10:50 radəsində əməkdaşımız saxlayıb. Saxlanmasına səbəb texniki baxış nişanının olmaması olub. Sənədlərə baxış zamanı məlum olub ki, həmin vətəndaşın sürücülük hüququ yoxdur. Bunu özü də etiraf edir ki, mənim sürücülük hüququm yoxdur, mənə hörmət edin, çıxım gedim. Bütün bunlar görüntülərdə var. Onların dediyi kimi deyil, həmin vaxt görüntülərdə də əks olunub ki, nəqliyyat vasitəsini Mehman Səfərov idarə edir. Əməkdaşımız onu polis şöbəsinə dəvət edib. Ancaq Mehman Səfərov bundan imtina etdiyinə görə, əraziyə hal şahidləri dəvət edilib və Mehman Səfərov eləcə də onun yanında olan digər şəxsin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilərək, akt tərtib olunaraq nəqliyyat vasitəsi rayon polis şöbəsinə aparılıb. Sonradan onlar günün ikinci yarısında yenidən bizə müraciət etdilər. Mən onlara izah etdim ki, sizə protokol yazılacaq, siz protokolla razılaşdıqdan sonra bizdə olan çəkilişlərə monitorun qarşısında baxacaqsınız və avtomaşınınızı götürərək gedəcəksiniz. Onlar bundan imtina etdilər. Mən eyni zamanda onlara izah etdim ki, əgər siz bizim əməkdaşla bağlı hara isə şikayət etsəniz biz də əlimizdə olan video görüntüləri rəsmən tələb edən orqanlara təqdim edəcəyik və qarşılıqlı olaraq sizi məhkəməyə verəcəyik. Biz həmin sürücü haqqında bazadan informasiya aldıq ki, bir neçə ay bundan əvvəl sürücülük vəsiqəsi olmadan, içkili vəziyyətdə yol patrul əməkdaşları tərəfindən saxlanılıb və beş yüz (500) manat cərimə ödəyib. Faktiki olaraq Mehman Səfərov bizim əməkdaşımıza şər atır. Çünki sürücülük hüququ olmadan avtomobili onun özü idarə edib. Bütün bu deyilənlər video görüntüdə var. Əgər lazım olarsa biz məmuniyyətlə görüntüləri təqdim edə bilərik”. \cumhuriyyet.az\






Fikirlər