Səidənin keçmiş əri Brillianta "ilişdi" — FOTO

Səidənin keçmiş əri Brillianta "ilişdi" — FOTO

Müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı Səlcuq Gökgöz Ölkə.Az-a maraqlı açıqlamalar verib.

Ötən gün Türkiyə musiqisinin canlı əfsanəsi Ajda Pekkanın İzmirdə verdiyi konsertdən danışan Gökgöz, onu keçmiş həyat yoldaşının xalası, Azərbaycanın xalq artisti Brilliant Dadaşova ilə müqayisə edib:

"Brilliant Ajda Pekkan kimi oxumağa çalışır. Amma o, belə bir səsə sahib deyil. Ajda Pekkanın dünənki konsertində 20 min pərəstişkar var idi. Ajda Pekkan 72 yaşındadı və hələ də supr canlı performansı var. Brilliant əsla ona oxşaya bilməz. Bu işlər saç düzümünü Ajda Pekkana oxşatmaqla olmur. Dünən gecə o konsertdə tüklərim biz-biz oldu".

Xatırladaq ki, Səlcuq Gökgözlə Səidə Dadaşova bir müddət öncə boşanıblar.

 






Fikirlər