Brilliant Dadaşova oğlunun sevgilisinə mahnı yazdı (VİDEO)

Xalq arstisti Brilliant Dadaşovanın son günlərdə təqdim etdiyi yeni "Parij-London" mahnısı geniş ajiotaj yaradib.
Brilliant Dadaşova oğlunun sevgilisinə mahnı yazdı (VİDEO)
Azertaym.az-ın məlumatına görə, musiqisi gənc bəstəkar Cavidə, sözləri xalq artistinin özünə aid olan mahnının maraqlı yaranma tarixçəsi var.

Bu barədə danışan B.Dadaşova mahnının oğlu Cahadın sevgilisinə həsr olunduğunu deyib:

“İlk olaraq mahnının musiqisi yazılmışdı. Bəstəni dinlədikdə, yadıma Cahadla söhbətim düşdü. Cahad bir qız bəyənmişdi və onun haqqında danışanda dedim ki, o qız Bakıda olmur, gah Londonda, gah Parisdədir. O da zarafatla Londonu partladacağını dedi. Cahadın sözləri mənə Mirzə Fətəli Axundovun əsərindəki Dərvişi, Müsyo Jordanı xatırlatdı. Həmin an Cavidə nəqarətin bu sözlər əsasında yazılmasını istədiyimi dedim. Bir neçə gün sonra təyyarə ilə gedəndə Caviddən öyrəndim ki, sözlər hələ yazılmayıb, elə uçuş zamanı şeiri telefonun diktafonuna qeyd etdim”.

Onu da vurğulayaq ki, xalq artisti tezliklə yeni hitini ekranlaşdırmağı planlaşdırır.







Fikirlər