"Azərbaycanda ən qiymətli mahnını Röya oxuyacaq"

"Azərbaycanda ən qiymətli mahnını Röya oxuyacaq"

Uzun müddətdir İstanbulda olan müğənni Röya Ayxan Bakıya qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçi vətənə gələn kimi yeni mahnılar yazdırmağa başlayıb.

Başı albom hazırlıqlarına qarışan Röya ötən gecəni də studiyada keçirib. O, musiqisi Pərviz Mahmudova aid olan bir neçə mahnını səsləndirib.

Bu haqda saytımıza bəstəkar-müğənni Pərviz məlumat verib:

“Röya ilə bir neçə mahnı hazırlamışıq. Musiqiləri mənə, sözləri Aygün İsmayılovaya, Azər Şirinə məxsusdur. Adlarını açıqlaya bilmirəm, çünki həmin dəqiqə mövzunu oğurlayırlar. Bir onu deyim ki, Azərbaycanda ən qiymətli mahnını Röya oxuyacaq. Mahnılar Türkiyədə aranjiman olunub. Bu mahnılar Röyanın yeni albomunda yer alacaq”.






Fikirlər