Məsciddə BİABIRÇILIQ: Ölkə qarışdı- VİDEO
Tatarıstanda müğəninin məsciddə yarıçılpaq çəkdirdiyi klip ölkəni qarışdırıb. Razeda Qaniulinanın son klipi İslam aləmində birmənalı qarşılanmayıb. Müğəninin bu hərəkətini tatar xalqının üz qarası adlandıran dindarlar ondan təcili olaraq Allah qarşısında günahlarının bağışlanması üçün dua etməsini və klipi internetdən silməsini tələb ediblər. Qeyd edək ki, klip Tatarıstanın Bolqar şəhərində yerləşən Ağ məciddə çəkilib. Bir neçə gün bundan əvvəl respublika kanallarında yayımlanmağa başlayıb. (a24.az)