31.01.2014. - Rihanna və Şakiranın çoxdan gözlənilən cazibədar klipi (VİDEO)

31.01.2014. -  Rihanna və Şakiranın çoxdan gözlənilən cazibədar klipi (VİDEO) “YouTube” video paylaşım portalında klipi bir neçə saat ərzində 500 minə yaxın istifadəçi izləyib.
Kolumbiyalı müğənni Şakira və barbadoslu gözəlçə Rihanna yeni kliplərini təqdim ediblər. AzerTaym.az xarici MEDİYAYA istinadən xəbər verir ki, məşhurların "Can't Remember To Forget You" ("Səni unutduğumu xatırlaya bilmirəm") adlı mahnılarına çəkdirdikləri ekran işi maraqla qarşılanıb. Klipi “YouTube” video paylaşım portalında bir neçə saat ərzində 500 minə yaxın istifadəçi izləyib.

Bu mahnı Şakiranın yeni albomuna daxil olunacaq. İfaçının sözlərinə görə o Rihanna ilə birlikdə ərsəyə gətirdikləri işdən çox məmnun olduğunu və bundan sonra da iş birliklərinə davam etmək istədiyini vurğulayıb. Tanınmış müğənnilər sözügedən mahnını 2 həftə əvvəl dinləyicilərin ixtiyarına vermişdi. Qeyd edək ki, Şakiranın bundan öncə son diski 2010-cu ildə işıq üzü görüb.

Xatırladaq ki, yanvar ayının 23-ü Şakira və "Barselona" klubunun oyunçusu Jerar Pikenin oğlu Milanın bir yaşı tamam olub. Körpə Barselonanın Teknon klinikasında dünyaya gəlib. Milan anadan olduqdan sonra dərhal atası oynadığı "Barselona" futbol klubuna üzv ediblər.






Fikirlər