13.01.2014. - Tanınmış müğənni mövlud münasibəti ilə hicab geyinərək ilahi oxudu (VİDEO)

13.01.2014. -  Tanınmış müğənni mövlud münasibəti ilə hicab geyinərək ilahi oxudu (VİDEO)Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy İslam peyğəmbəri Hz. Muhammədin (ƏS) mövludu münasibəti ilə aparıcılıq etdiyi proqramda hicabla iştirak edib və ilahi söyləyib.
AzerTaymın xəbərinə görə, ilahi oxuyarkən müğənnini səma dərvişləri də müşayiət ediblər.
Hz. Muhammədin (ƏS) Məkkədən Mədinəyə hicrət edərkən mədinəli müsəlmanlar tərəfindən səsləndirilən “Taləal Bədru” (Ay doğdu üstümüzə) adlı ilahini Bülent Ersoy da, onun vokalçıları da kağızdan, qeyri-peşəkarlıqla oxuyublar.
Bülent Ersoyun bu addımı, xüsusilə hicab geyinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.






Fikirlər