Fətullahın əlində Ərdoğanın seks kaseti var

Türkiyə gündəmi daha bir şokla çalxalanır; təriqətə bağlı təşkilatdan anons verilib...
Fətullahın əlində Ərdoğanın seks kaseti var
Türkiyə gündəmi şok həbslərin ardınca bu dəfə intim görüntülərdən ibarət kaset iddiaları ilə çalxalanır.

Azertaym.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan hökumətinə qarşı açıq savaşa keçən Fətullah Gülən təriqətinin əlində baş nazir və yaxınları da daxil olmaqla bir çox şəxslərin intim görüntülərinin olduğuna dair anonslar verilir.

Bir gün əvvəl hökumət sözçüsü Bülent Arınc onların ünvanına belə təhdidlərin gəldiyini deyərək “bəzilərinin bu qədər alçalacağını təsəvvür etmədiklərini” deyib.

Fətullah Gülənə bağlı Jurnalistlər və Yazarlar Dərnəyi isə bəyanat yayıb. Bəyanatda deyilib ki, “bundan əvvəlki seçkilərdə özəl həyatın toxunulmazlığını pozan əxlaqsız metod və təşəbbüslərin təkrar sınaqdan keçiriləcəyinə dair əlamətlər görünməkdədir”.

Söhbət bundan əvvəlki parlament seçkilərində CHP lideri Dəniz Baykalın siyasi karyerasını bitirən seks görüntülərinin yayılmasından gedir.

Təşkilatın bu bəyanatı həm hökumətə xəbərdarlıq, həm də yayılacaq intim görüntülərin arxasında təriqətin dayanmadığını deyə bilmək üçün atılan preventiv addım kimi qarşılanıb.

Türkiyənin odatv.com saytı yazır ki, bir neçə gün əvvəl “Sözcü” qəzetinin yazarı Emin Çölaşan baş nazir Ərdoğanın yaxınlarından birinin yataq görüntülərinin onlara göndərildiyini açıqlayıb. E.Çölaşan bu görüntülərin Gülən-Ərdoğan mübarizəsi ilə bağlı olduğunu bildiklərindən yaymadıqlarını bildirib.

Daha sonra sosial şəbəkələrdə baş nazirin qardaşı Mustafa Ərdoğana aid görüntülər yayılıb. Söhbət intim görüntülərdən getməsə də həmin görüntülərdə baş nazirin qardaşı dövlətlə iş quran, insan alveri, mütəşəkkil cinayətkarlıq və azyaşlıları fahişəliyə cəlb etmə ittihamları ilə mühakimə olunan məşhur iş adamının yaxının toyunda təsvir olunur.

Mustafa Ərdoğan toyda baş nazirin də təbrik mesajlarını oxuyur. Görüntüləri yayan naməlum şəxs eyham edib ki, baş nazirin qardaşının həmin iş adamı ilə yaxın əlaqələrini təsdiqləyən, habelə özəl həyatına aid görüntülərə malikdir.

Saytın yazdığına görə, görünən odur ki, dövlətin gücünü öz məqsədləri üçün istifadə edən gizli strukturlar baş naziri və yaxınlarını da anban izləyiblər.

Türkiyə mediası yazır ki, təriqətin əlində şəxsən baş nazirin də intim görüntüləri ola bilər. Jurnalistlər və Yazarlar Dərnəyinin bəyanatındakı eyham da məhz buna işarədir. Həmçinin mediada Fətullah Gülənin çıxışından bir parça yayılıb. F.Gülən bildirir ki, bir neçə il əvvəl Türkiyədən edilən telefon zəngində “birilərinin nəfsinə məğlub olub qadınla görüşə getdiyi”ni ona demişdilər.

P.S Mustafa Erdoğanın intim görüntüləri artıq internetdə yayılıb. Virtualaz.org qeyri-etik hesab etdiyi üçün bu videonu yaymır






Fikirlər