Məşhurlar səs verdilərmi: "Bu dəqiqə yoldaşımla gedirəm səs verməyə" — SORĞU

Məşhurlar səs verdilərmi: "Bu dəqiqə yoldaşımla gedirəm səs verməyə" — SORĞU

Məlum olduğu kimi bu gün Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə referendum keçirilir. 


Ölkə.Az bir sıra məşhur şəxslərin seçkiyə gedib-getməməsiylə maraqlanıb. Cavabları olduğu kimi təqdim edirik.

Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd

"Xətai rayonu 56 saylı məktəbdəki dairədə səs verəcəyəm".


Əməkdar artist Bəsti Sevdiyeva:

"Səbaildəki 29 saylı dairənin 26 saylı məntəqəsində səs verdim".


Əməkdar incəsənət xadimi Aygün Səmədzadə:

"Sənət adamı olduğumdan yaradıcılıqla bağlı suallarınız olsa, cavablandıraram. Siyasi xadim olmadığımdan digər məsələləri jurnalistlər işıqlandırmasa da, olar. Atılan bütün addımların ölkəmizin tərəqqisi üçün xeyirli olması arzusuyla.


Əməkdar artist Cavan Zeynallı

"Bu dəqiqə yoldaşımla gedirəm səs verməyə. Məntəqə Yasamalda-Şahmat klubunun yanında yerləşir. Yaz ki, "Cavan nömrə bir" gedir səs verməyə".


Xalq artisti Gülyaz Məmmədova

"Mən Yasamala yeni köçmüşəm. Bacım Gülyanaqla eyni məntəqədə səs verəcəyik".


Əməkdar artist Hüsniyyə Mürvətova

"41 saylı Sumqayıt Seçki Dairəsinin 22 saylı məntəqəsində səs verdim".


Əməkdar artist İlqar Muradov

"Nəsimi rayonundakı 151 nömrəli orta məktəbdə səs vermişəm".


Xalq artisti Mənsum İbrahimov:

"29 saylı Səbail seçki dairəsinin 28 saylı məntəqəsində bu dəqiqə səs verdim. İnanıram dövlətimiz üçün xeyirli olacaq və bu zərurətdən yaranan bir şeydir.


Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım:

"Bizə hələ kağız gəlməyib. İndi Rəmiş yatıb. Kağız gəlsə, Rəmişi oyadaram, durub gedərik. Yasamalda səs verəcəyik".


Xalq artisti Nəzakət Teymurova:

"Hələ evdə deyiləm, 1-2 işim vardı. Gedib vəsiqəmi götürüb səs verməyə gedəcəyəm. Nərimanov rayonunun sakiniyəm".


Xalq artisti Səkinə İsmayılova:

"Yasamal rayonundakı fizika-riyaziyyat və informatika təmayüllü liseydəki 10 saylı məntəqədə səs verdim".






Fikirlər