Bu gün hansı rayonumuzun işğal günüdür? — Sənətkarlardan BİABIRÇI cavablar

Bu gün hansı rayonumuzun işğal günüdür? — Sənətkarlardan BİABIRÇI cavablarBu gün Qubadlı rayonunun işğalından 22 il ötür

Ölkə.Az saytı Azərbaycanın bir qrup tanınmış sənət nümayəndəsinə "Bu gün Azərbaycanın hansı rayonunun işğal günüdür?" sualı ilə müraciət edib. Cavabları olduğu kimi təqdim edirik:

Tanınmış cazmen, əməkdar artist Cavan Zeynallı:

"Bir dəqiqə e, bir dəqiqə...(rusca yanındakı şəxslərdən sualın cavabını soruşur). Gözləyin, mən soruşum, hansı rayondu?... İyirmi dörd ildir ki, rayonlarımız işğaldadır. Bu bizim ürəyimizin böyük ağrısıdır. İnşallah, biz görürük ki, Azərbaycan bala-bala inkişaf edir. Cəbhədən yaxşı xəbərlər eşidirik. Mənə elə gəlir ki, bir müddət də keçsə, hər şey düzələcək".

Tanınmış xanəndə, xalq artisti Alim Qasımov:

"Yuxudan durmuşam... Mən axı bilmirəm bu gün hansı rayonun işğal günüdür".

Aktyor, xalq artisti Valeh Kərimov:

"Səhv etmirəmsə, bu gün Qubadlı rayonunun işğal günüdür. İnşallah, axırıncı olsun".

Bəstəkar, xalq artisti Faiq Sücəddinov:

"Deyəsən bu gün Füzilinin işğal günüdür, yoxsa mən səhv edirəm? Ya da səhv etmirəmsə, Zəngilandır. Əgər səv dedimsə, mənə deyin bilim. Mən bir aydır Bakıda yox idim. İndi bilməyənləri nə edəcəksiz, cəzalandıracaqsız?".

Qeyd edək ki, 1933-cü ilin 14 mart tarixində yaradılmış rayonun inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı olub. Rayon Bakıdan 403 kilometr uzaqlıqda yerləşir.






Fikirlər