Nurgül Yeşilçay Türkiyəni tərk edir
Türkiyəli aktrisa Nurgül Yeşilçay Türkiyəni tərk edib İngiltərəyə köçür. “Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, sənətçi oğlu Nejatın təhsili ilə bağlı bir neçə il İngiltərədə yaşayacaq. Qeyd edək ki, N. Yeşilçay “Asmalı konak” serialından 13 il sonra Özcan Denizle “İkinci şans” filmində çəkilib. Filmin təqdimatı noyabrın 18-də olacaq.