Arvadıyla filmə çəkilməkdən imtina etdi - Digər aktrisaya isə...
Türkiyəli aktyor Kənan İmirzalıoğlu yeni filmə çəkilir. “Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, aktyor yazıçı Peyami Safanın “Cingöz Recai” adlı əsəri əsasında çəkilən filmdə baş rol qəhrəmanını canlandıracaq. İmirzalıoğlu ilə baş rolu paylaşmaq üçün 12 qadın aktrisa ilə görüşülsə də, Kənan onların heç birini bəyənməyib. O, hətta 39 yaşlı aktrisa Songül Ödenin yaşlı olduğunu söyləyərək gənc aktrisa tələb edib. Filmi çəkən şirkət bunun əvəzində K. İmirzalıoğluna həyat yoldaşı, aktrisa Sinem Koballa oynamağı təklif edib. O isə “Birlikdə oynamaq gözəl olar, amma indi olmaz. Başqa bir layihədə inşallah çəkilərik” deyə bu təklifə “yox” deyib.