FAHRİYE EVCEN və KƏNAN İMİRZALIOGLU sürprizi
Aktrisa Fahriye Evcen dünən sevgilisi və həmkarı Burak Özçivitlə birgə restoranlardan birində olub. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çıxışda jurnalistlərlə qarşılaşan cütlük bir neçə sualı cavablandırıb. Fahriyedən "Ay Yapım"ın yeni çəkəcəyi, Kənan İmirzalıoğlunun da rol alacağı serialda rol alıb- almayacağı soruşulub. Sual qarşısında özünü itirən aktrisa deyilənləri nə təsdiq, nə də təkzib edib: "Bu hələ tam dəqiqləşmədiyi üçün əlavə heç nə deyə bilmərəm". Aktrisanın artıq şirkətlə müqavilə bağladığı və yüksək bir qonorar tələb etdiyi deyilir.