Qırmızı xalçada elə geyinirlər ki.. . - fotolar
"İnstyle" jurnalı Hollivudun geyim tərziylə modaya istiqamət verən və ağıllardan heç çıxmayan məşhurlarını seçib.
Axşam.az libaslarıyla dəb tarixinə düşən həmin məşhurları təqdim edir.
Aktrisa Bleyk Layvli, sözün əsl mənasında, "sehrbaz"dır. Çünki bir dəfə mətbuat konfrasında heç bir stilistdən kömək almadan 10 fərqli libas geyinmişdi.
Aktrisa Emma Stounun ən çox sevilən cəhəti odur ki, o, qırmızı xalçada klişeləri ciddiyə almır.
Aktrisa Qvinet Peltrou isə hər zaman zərifliyi ilə seçilir.
Aktrisa Culiya Roberts son zamanlar qırmızı xalça üzərinə libasla deyil, pencək-şalvarda çıxır.
Aktrisa Cessika Çesteyn isə küçə stili ilə də fərqlənir.
Culiana Mur isə o qədər gözəl geyinir ki, qazandığı mükafatlar da kölgədə qalır. Onun Oskar mükatlandırmasında geyindiyi ağ lıbasi "Channel" xüsusi olaraq aktrisa üçün hazırlanmışdı.
Geyimləri ilə göz qamaşdıran ulduzlardan biri də Cennifer Lopezdir. Hər geyimi ilə yaşa dolmadığını sübut edən Cey Lo özünə xas tərziylə Hollivudun ikonlarına bənzəmək istədiyini demişdi. Lopez Ava Qardner, Rita Hayuort kimi əfsanəvi modellərə bənzəməyi sevdiyini etiraf edib.
Aktrisa Lyupita Nyonqo da son illər qırmızı xalçada ən çox diqqət çəkən adlardandır.
Aktrisa Meril Strip yaşına rəğmən zövqlü görünməyi bacaranlardandır.
Rihanna tərzləri qarışdıraraq ortaya yeni bir şey çıxardığına görə həmişə fərqli geyinənlərdən sayılır.
Beyons və Cey Zi qırmızı xalçaların ən yaraşıqlı cütlüklərindəndirlər.
Rita Ora cəsarətli geyimləri ilə hər zaman gündəmdədir.