Stinq “İnşallah” oxudu - Gözlənilməz-Video...

Dünya şöhrətli Britaniya musiqiçi və bəstəkarı Sting  bir il əvvəl terrorçuların hücumuna məruz qalmış və 130 nəfərin həlak olduğu Parisin “Bataklan” konsert zalını Yaxın Şərq qaçqınlarına həsr edilmiş yeni mahnısı ilə açıb. 

Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərdən məlum olur ki, məşhur müğənninin yeni mahnısının adı “İnşaallah”dır.  Mahnı Stinqin “57th & 9th” adlı sonuncu albomuna daxil edilib.  
Sənətkar bu barədə "Rolling Stone” jurnalına danışıb. Mahnıda çiyinlərində körpə övladları küləkli, dalğalı, bumbuz dənizlərdən qayıqlarla keçib nicatını Avropada axtarmağa məcbur qalmış müsəlman didərginlərin obrazı yaradılıb. Xatırladaq ki, “İnşallah” sözü müsəlmanın Allahın iradəsinə tabe olmasını ifadə edən bir kəlamdır.
 

 






Fikirlər