08.07.2014.- Türk sənətçinin evini yardılar - FOTO

08.07.2014.- Türk sənətçinin evini yardılar - FOTODünən Orxan Gəncəbayla Sevim Emrənin Rumelihisardakı evlərinə oğru girib.

Orxan Gəncəbayın evi soyulub. Hadisə dünən günorta saatlarında olub. Türk sənətçinin yaşadığı dört mərtəbəli binaya daxil olan oğrular, bir neçə evlə yanaşı onun da qapısını sındıraraq evə daxil olublar. Polis hadisə yerini araşdırdıqdan sonra Orxan Gəncəbay jurnalistlərə açıqlama verib: "Sərdar Ortacın toy hazırlıqları üçün evdən çıxdıqdan yarım saat sonra binaya daxil olaraq bizim də qapını sındırıblar"
Sənətçinin həyat yoldaşı Sevim Emre də olayın şokunu üzərindən ata bilmədiyini deyib: "Toy hazırlığı görürüdük. Orxanın ofisində idik və aldığımız bu xəbərlə sarsıldıq. 30 ildir ilk dəfədir ki, başımıza belə bir iş gəlir"






Fikirlər