Röyadan Aygünə cavab: “Bu dəfə HƏDDİNİ aşdı”
Əməkdar artist Röya Ayxan Aygün Bəylə\r ilə arasında yaşanan qalmaqala münasibət bildirib. Musavat.com xəbər verir ki, o xanəndəni sənəti ucuzlaşdırmaqda günahlandırıb: “Media nümayəndələrindən xahiş edirəm, bunun adını qalmaqal adlandırmasınlar. Əgər, kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib, pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Xanəndədirsə, xanəndə adına layiq hərəkət etsin. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”. Qeyd edək ki, A. Bəylər “Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi. Ötən gün Primetime.az saytı isə Röyanın Aygünü məhkəməyə verməsi barədə xəbər yayıb.