Röya Aygünü MƏHKƏMƏYƏ VERDİ- Yenilənib
Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin vəkili Namiq Şükürov primetime.az saytına açıqlamasında bildirib: “Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib”. Qeyd edək ki, əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi. *** Aygün Bəylərin prodüseri Sultan Mustafayev məhkəmə xəbərinə münasibət bildirib. O, "Qafqazinfo"ya danışaraq Röyanın onları məhkəmə ilə hədələdiyini qeyd edib: “Röya Ayxan yenə sənətdən kənar olduğunu sübut elədi. Röya mənə verdiyi sözə əməl etmədi. Canı sağ olsun. Ondan qorxan ona oxşasın. Əgər sən xanım-xatın biri idinsə, barışıq əli uzadardın. Deməli, sən həqiqətəndə sənətkar yox, sənətdən kənar insansan”.