01.09.2014- A.Bəyləri səhnəyə qaytaran mahnı - audio
“Düşündüm” adlanan bəstə bir müddət öncə sənətdən uzaqlaşması barədə xəbərləri dolaşan ifaçının dönüş nəğməsi hesab olunur:
“Aygün xanımla işbirliyimiz “Getmisən” mahnısı ilə başlayıb, “Düşündüm”lə davam edir. Yeni əməkdaşlıq, sözün əsl mənasında, Aygün xanımı düşündürdü, özündə nəyi isə tapdı. Səsinin gözəlliyini mahnıya qatıb, onu tamamladı”.
Müəllif və ifaçı "Düşündüm"ə tezliklə klip də çəkəcək. Ekran işi rejissor Natiq Novruzova həvalə edilib. Müəllif klipdə sevgidən yaranan həm həsrət, həm qismət, həm də nifrətin əks olunacağını deyib.
Yeri gəlmişkən, qeyd edək ki, Tural Bayraməliyev bu gün ailə həyatı qurur. Sənətçi dostları onun özəl günündə yaxından iştirak edəcəklər.