22.05.2014. - “Elə bilirdim Namiq həyatımda son kişi olacaq”-Aygün:

22.05.2014. - “Elə bilirdim Namiq həyatımda son kişi olacaq”-Aygün:Xalq artisti Aygün Kazımova yeni verdiyi açıqlamaları ilə medianın gündəmini zəbt edib.

ANS-in məlumatına görə, müğənni bu gün "APA" televiziyasında yayımlanan “Üç valent” verilişinin qonağı olub. Müğənni meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı aparıcıların verdiyi sualları cavablandırıb. O, keçmiş sevgilisi və duet ortağı olan Namiq barədə açıq danışıb:

“Bu sahəyə meyxananın vacib bir anında qoşuldum. Meyxana yox olmaq həddində idi. Namiq Qaraçuxurlu istedadlı sənətçidir. Namiq hər zaman fəxri ad almaq arzusu ilə yaşayıb. O, məni səhnədə "xalq artisti" deyə təqdim edəndə, mən də ona “əməkdar artist adına həsrət qalan Namiq” deyirdim. Mənə meyxana deyənlər avara insan imici bağışlayırdı. Namiqdən çox şeylər öyrəndim. Onunla 7 il birlikdə olduq. Həm yaradıcı əməkdaşlıq etdik, həm də sevgi yaşadıq, bunu heç vaxt danmamışam. Bir damın altında bir yastığa baş qoymuşuq. Ona bir dəfə də olsun xəyanət etmədim. Düşünürdüm ki, Namiq həyatımdakı son kişi olacaq".

Xalq artisti eləcə də bildirib ki, meyxanaçıdan sonra da onun həyatında kişi olmayıb, haд-hazırda onu ancaq sənəti maraqlandırır. Namiqdən sonra onu daşlayanlarda olub. Buna baxmayaraq meyxana sənəti inkişaf edib, Namiq onun sayəsində Kremlə belə gedib çıxıb. Son olaraq isə bu sözləri bildirib: "Onunla bağlı xatirələr mənə xoş təəssürat bağışlamır”
.


22.05.2014. - “Elə bilirdim Namiq həyatımda son kişi olacaq”-Aygün:






Fikirlər