Aygün Bəylərin qardaşının ömürlük həbs olunması İSTƏNİLDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib. AzerTaym.az Report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmişov müdafiə çıxışı edib. O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini deyib: "Cəza məsələsinə gəldikdə isə dövlət ittihamçısı ilə razılaşmırıq. Biz təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini tələb edirik" Hazırda məhkəmə iclası davam etdirilir.Onu da əlavə edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, A.Hümmətovun 19 il yarım, F.Məmmədzadənin 20 il, R.Əsirovun 20 il, E.Alxasovun 20 il, E.Əsədovun 18 il və C.Alxasovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.