Prokuror QMİ-nin sabiq sektor müdirinə 12 il həbs cəzası istəyib

252bb61a-e9ad-4f72-a28e-0d80510ef39e_292

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi dekabrın 13-nə təyin edilib.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

 






Fikirlər