ELŞAD XOSE eks-həyat YOLDAŞI rəqqasə OKSANANIN hamiləlik xəbərindən DANIŞDI

Elşad Xose eks-həyat yoldaşı rəqqasə Oksananın hamiləlik xəbərindən DANIŞDI

"Heç nədən xəbərim yoxdur".

Bu sözləri tanınmış reper Elşad Xose yerli məttbuatda eks-həyat yoldaşı tanınmış rəqqasə Oksana Rəsulovanın hamilə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Elşad Xose Sonxeber.az-a son günlər mətbuatda yayılan xəbərlərdən məlumatsız olduğunu dilə gətirib.

Qeyd edək ki, ötən gün yerli mətbuatda tanınmış rəqqasə Oksana Rəsulovanın hamiləliyinin altıncı ayını yaşadığı ilə bağlı xəbərlər yer alıb. Uzun müddətdir ana olmaq istəyən sənətçinin bu istəyini gerçəkləşdirmək üçün klinikaların birinə müraciət etdiyi bildirilib.






Fikirlər