AYSEL HƏYAT YOLDAŞINA SEVGİSİNİ belə BƏYAN ETDİ - FOTO
“Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Aysel Teymurzadə sosial şəbəkədə yeni fotosunu paylaşıb. Publika.az xəbər verir ki, sənətini ailəsinə qurban verən Aysel həyat yoldaşı ilə səmimi görüntüsünü izləyiciləri ilə bölüşüb. O, fotonun şərhinə “mənim ürəyim” sözlərini yazıb. Xatırladaq ki, Aysel Teymurzadə 2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə həyatı qurub. Fotonu təqdim edirik: