RAMİN NABRAN: "Reytinq naminə insanı diri-diri məhv edirsiz"

Ramil Nabran: "Reytinq naminə insanı diri-diri məhv edirsiz"

Tanınmış reper Ramil Nabran da ATV kanalında yayımlanan "Bizimləsən" proqramını tənqid edib.

Reper verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışdığını vurğulayıb:

O bildirib ki, aktrisanın yanına Xanım Qafarovanın qızının göndərilməsini düzgün hal deyil:

"İnciməyin, amma reytinq naminə insanıı diri-diri məhv edirsiz, öldürürsüz artıq. Mərhumə Xanım Qafarovanın balasını göndərməklə nəyə siqnal verdiz indi siz?! Ki, Tünzalə hazırlaş, sən də gedirsən? Dua edək ki, əksinə, tam sağalsın. Bu ucuz hərəkətə dayana bilmədim"

Xatırladaq ki, ötən gün "Bizimləsən" proqramında Xanım Qafarovanın qızı da Tünzalə Əliyevaya dəstək üçün gəlmişdi.///big.az






Fikirlər