Kubra Əliyeva üsyan etdi: "Bu qədər laqeydliyə dözə bilmədim"
Azertaym.az ANS PRESS-ə istinadən məlumat verir ki, aktrisa telefonla və sosial şəbəkədə onu təbrik edənlərə təşəkkürünü bildirdikdən sonra "Facebook" səhifəsində bəzi iradlarını paylaşıb. Ömrünün 42 ilini səhnəyə qurban etdiyini deyən Kübra Əliyeva Mədəniyyət və Turizm Nazirliyi ilə Akademik Milli Teatrın müdiriyyəti tərəfindən laqeyd münasibət gördüyünü qeyd edib. Əməkdar artist bu laqeydliyə dözə bilmədiyini vurğulayıb.
Bu gün mənim 65 yaşım tamam oldu. Məni Kanadadan Rəna xanım, İsraildən Almas xanım, Danimarkadan Təranə, Solmaz, Mehriban canlarım, İstanbuldan Elmira xanım və Bakıdan, Gəncədən, Haxçıvandan, Bodrumdan qızım, nəvəm, nəticəm təbrik etdi. Canım sizə desin, telefonum bütün günü susmadı. Hələ sosial şəbəkədəki tamaşaçılarımın təbriklərini demirəm. Çünki bunu hər kəs oxuya bilər.
Belə uzatmaqda məqsədim var. 1970- ci ildən həyatımı teatra həsr eləmş ömrümün 42 ilini bu sənətə - teatra qurban vermişəm. Bu gün məni təbrik etməyənlərin siyahısını sadalayacam indi. Məni bu gün Mədəniyyət və Turizm Nazirliyi, neçə il tozunu udduğum Akademik Milli Teatrın müdiriyyəti təbrik etmədi.
Hələ sağam mötərəm məmurlar, bu gun məni yada salmaq lazımdı, çünki xəstə bir aktirisanın könlünü almaq sizin vəzifə borcumuzdur. Vaxtınız olsa Kubrabəyim Əliyeva adında 42 illik bir sənətkarın olduğunu unutmayın. Mən şikayət etməyi sevmirəm, amma bu qədər laqeydliyə dözə bilmədim.