Əri "Toppuş bacı"nın MÜDAFİƏSİNƏ QALXDI: Ona şillə vurdum...
Xərşəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə ailəsinin ünvanına deyilən tənqidlərə fikir bildirib. AzerTaym.az xəbər verir ki, “Toppuş bacı”nın həyat yoldaşı xanımına irad tutan şəxslərə Həzrəti Məhəmməd Peyğəmbər haqqında yazılan hədislə cavab verib. “Həzrəti Məhəmməd Peyğəmbərimiz deyir ki, o insanlara cavab vermə, o insanlardan uzaq dur və o insanlardan qorx ki, itiriləsi heç nələri yoxdur. Adları, əxlaqları və ailələri... Bir gün bir insan küçədə Həzrət Əliyə şillə vurur. Hər kəs ayağa qalxır ki, onu cəzalandırsın. Amma Həzrət Əli icazə vermir ki, kimsə ona toxunsun. Bu insan gecə-gündüz düşünür ki, mən ona şillə vurdum, o, mənə heç nə etmədi. O insan bir gün Əlinin evinə gəlib onun ayaqlarına düşür: “Ey gözəl insan, səni vurduğum üçün üzr istəyirəm. Bir cahillik etdim, amma sən böyüklük edib məni bağışladın”. Bəzən susmalı olursan. Bu susmağınla necə iradəli olduğunu sübut edirsən. Pislik etməyə nə var ki. Çox asandır, biz çətin olanı edək. Bizə də pislik edənə yaxşılıq edək ki, özləri utansın”. Qeyd edək ki, Tünzalə Əliyeva əməliyyat olunduqdan sonra işləyə bilmir. O, evinin ipoteka kreditini bağlaya bilmək üçün "Bizimləsən" verilişinə çıxıb. Lakin "Hummer" markalı avtomobil sürən aktrisanın efirə çıxıb pul toplaması sosial şəbəkədə tənqid olunub.