SƏS TOPLAYA bilməyən aktirisa “MAŞIN”dan GETDİ
"Hind kinosu" devizi ilə yayınlanan "Maşın" şounun növbəti günündə iştirakçı sayı daha bir nəfər azalıb. AzerTaym.az xəbər verir ki, günün hədəfi aktrisa Aydan Axundzadə olub. Səsverməyə çıxan aktrisa qruplaşmanın qurbanı olduğunu, lakin hədəfini açıqlamayacağını deyib. Sonda 42 faiz səs toplayan Aydan "Maşın"dan gedib. Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.