"Qızımla oğlum əldən-ayaqdan getdi" - Flora Kərimova
Xalq artisti Flora Kərimova bir müddət əvvəl yıxılması və qabırğasının sınması haqda danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “5/5” verilişində övladlarının onun üçün çox narahat olduğunu bildirib:
“Yıxılmışdım, qabırğam əzildi. O qədər naz etdim ki... Hamı nazımla oynayırdı. Qızımla oğlum əldən-ayaqdan getdi. Mənim də xoşum gəlirdi. İnstaqramda qəşəng sözlər yazırdılar. Feyziyab olurdum”.