"Sənsiz bu dünyanı nə edirəm, canımı yandırdın"

"Sənsiz bu dünyanı nə edirəm, canımı yandırdın"

Muğam ifaçısı Kamilə Nəbiyeva dünyasını dəyişən xanəndə atası Tahir Nəbiyevlə bağlı paylaşım edib.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi paylaşımında bunları qeyd edib:

"Nur üzlüm, arxam, dayağım, yaşamaq eşqim, niyə belə etdin? Axi niyə? Ata, sənə qurban olum... Sənətkar atam, gözəlqəlbli atam, yandırdın ürəyimi... Gedişin çox tez oldu, ata çox tez. Allah sənə qəni, qəni rəhmət eləsin. Fani dünya, zalım dünya, dağıl ay dünya. Canımın içi, canımı yandırdın. Sənsiz bu dünyanı nə edirəm?".

Qeyd edək ki, T.Nəbiyev koronovirus infeksiyasından vəfat edib. Xanəndənin 65 yaşı var idi.






Fikirlər