Könül Kərimovanın bu görüntüsü tənqid edildi – FOTO

 

Əməkdar artist Könül Kərimova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında yeni fotosunu yayımlayıb. Kərimova paylaşımına “Allah bütün xəstələrə şəfa versin” qısa şərhini yazıb.

Müğənninin şəklinə fotoşop vasitəsilə çox düzəliş etməsi tənqidlərə tuş gəlib.

Sosial şəbəkə istifadəçiləri “Fotoşopla nə qəşəngdir”, “Bir azdan belə getsə, Könül xanımın 16 yaşı olacaq”, “Heç bir əməliyyat olmayıb”, “Pul gücünə gözəlləşmisən də”, “Mən plastik əməliyyat etdirən xanımlara gözəl demirəm” kimi sözlər yazaraq Kərimovanın fotosunu tənqid ediblər.

Qeyd edək ki, bir müddət əvvəl müğənni koronavirusa yoluxması xəbərləri ilə gündəmə gəlib.Könül Kərimovanın bu görüntüsü tənqid edildi - FOTO

 






Fikirlər