“Elə bilirəm ki, Şuşaya köçəndə gəlinciyimi olduğu kimi yerində tapacam”
Atası Füzulişünas alim Namiq Babayev Şuşanın sayılıb-seçilən ziyalılarından idi. Sevimli qızı olan Leyli 1991-ci ildə 1-ci sinifə məhz Şuşada getməsini arzulayırdı. Səhhətində problem olsa da, təkidlə Leylini 1-ci sinifə apardıqdan sonra paytaxta müalicəyə gedəcəyini deyərək israr edib. Ancaq sən saydığını say, gör fələk nə sayır. Leyli Şuşada 1-ci sinfə gedir Şuşasız və atasız. Məlum səbəblərdən təhsili yarımçıq qalır. Paytaxta gələrək yenidən 1-ci sinfə başlayır.
- Şuşasız və atasız keçən gənclik illəri zərif bir qadının çiyinlərində ağırlıq etmədimi?
- Şuşa səfərinizdə ata-nənənizin evini ziyarət etdiniz. O evdəki xatirələrinizi necə xatırlayırsınız?
- Şuşadan gətirdiyiniz kəlağayını 33 ildən sonra Gövhər Ağa məscidinə apardınız. Yəqin ki, o kəlağayının sizdə bir xatirəsi də var.
- 1988-ci ilin avqustunda Cıdır düzündə çəkdirdiyiniz şəkillə getmişdiniz Şuşaya. 33 ildə Şuşa çoxmu dəyişib? -Mən Şuşanı xatirələrimlə xatırlayıram. Orada doğulmuşam, oranın havasını udmuşam. 29 ildən sonra ilk dəfə Şuşaya ayaq basanda gedib evimizə baxa bilmədim. Çünki, mənim doğulduğum, yaşadığım bina artıq Şuşanın yeni layihəsinə uyğun olaraq sökülmüşdü. Mənim üçün Şuşa gördüyüm, qoyub gəldiyim kimidir. Elə bilirəm ki, artıq həmişəlik köçəndə hər bir qoyduğum əşyamı, gəlinciyimi olduğu kimi yerində tapacam.
Xəyalə Rəis
30 ildən sonra Şuşanın azad olunması xəbəri məhz Leyli Namiqqızının təqdimatında -ARB telekanalında çatdırılır. Moderator.az-ın müsahibi AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektoru müdiri, aparcı Leyli Namiqqızı bizimlə söhbətində 29 ildən sonra yenidən Şuşaya səfərindən danışdı. O, sonuncu dəfə Şuşadan 1992-ci ildə çıxdığını xatırlayır.
- 30 ildən sonra Şuşa sizi necə qarşıladı?
-30 ildən sonra Şuşa məni illərdir övladından ayrı düşmüş ana kimi qarşıladı. Basdı bağrına gözümün içinə zilləyərək gözlərini nəsə demək istədi, amma hisslərini gizlətdi... Sanki sözlərini uddu. “Bu körpənin nə günahı var?”- deyib, gözlərini çevirdi. İllərin kədərini, dərdini sinəsinə sıxıb, bağrında boğdu. Mən də sus-pus günahkar kimi boynumu bükdüm. Bunlar hamısı Şuşaya daxil olanda keçirdiyim hisslər idi.
- O ağırlıq daha çox anamın üzərinə düşdü. 39 yaşında həyat yoldaşı ilə bərabər elini-obasını itirən, 3 övladının yükünü çiyinlərində tək daşıyan zərif qadın anam idi. İngilis dili müəllimi olan anam Məlahət Babayeva ağır zəhməti ilə qayğıkeş olaraq, 2 qardaşım və məni fədakarcasına böyütdü. Biz hər zaman atdığımız addımımızla Şuşamızın və atamızın adına layiq olmağa çalışdıq. Çünki, atam Namiq Babayevin adı çəkiləndə bütün Şuşalıları qəhər boğur. O, şəxsiyyəti, hörməti, savadı ilə şuşalıların, ədəbiyyatsevərlərin qəlbində taxt qurmuşdu. Həm də əsl ata və ailə başçısı kimi o hörməti qazanmışdı. Təbii ki, atasız böyüyən bir qız uşağı da özünün çox zaman bir tərəfini boşluqda hiss edir. O yeri heç nə ilə doldurmaq olmur.
- Ata nənəmin evini xatırlayanda qəribə hisslər yaşayıram. Bir neçə il bundan öncə yadıma həmin ev düşdü. Uşaqlığım, həyətdə çadırın qurulması, tut çırpma anı, onu ləzzətlə yeməyim, hətta özüm dama çıxıb tutu yeməyim. Evin divarında kəfgirli saat vardı. Onun tıqqıltısı. Bir dəfə necə yadıma düşdüsə, oturub hönkürtü ilə ağladım.
- Kəlağayı, məhz ata nənəmin yadigarı idi. Nənəm onu atamgilin nişanında adətə uyğun olaraq gəlninin, yəni anamın çiyninə atmışdı. Anam da mənə bağışlamışdı. Mən də indiyə kimi o kəlağayını əzizləyə-əzizləyə saxlamışam. Heç yatsam yuxuma da girməzdi ki, bu kəlağayı ilə məhz, müqəddəs torpağımızın məscidinə ayaq basacam. Bəli, Şuşamız həqiqətən də müqəddəsdir. Çünki, orada Şəhidlərimizin qanı tökülüb.