“Mətanət İsgəndərli də belə deyib, amma yalandır“ - Canana

“Mətanət İsgəndərli də belə deyib, amma yalandır“ - Canana

 Əməkdar artist Mətanət İsgəndərlinin yenicə boşanan oğlu Kərim üçün elçi getməsi ilə yeni qalmaqal başlayıb.

Yenisabah.az xəbər verir ki, Kərimin keçmiş arvadı Canana qızının görüntüsünü yayaraq, onun da elçilik mərasiminə aparıldığını bildirib.

"Hər kəs deyir, təsadüfi addır. Mətanət İsgəndərli verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü dedi ki, elçi gedirik. Mən də dedim: Allah xoşbəxt eləsin, ancaq balalalırımı ögey anaya vermək üçün dünyaya gətirməmişəm. Qaytar uşaqlarımı!" 

Kərim dedi ki, onlar mənə heç lazım da deyil, hakim belə qərar verib. Dedim ki, o hakimin mənimlə bilmirəm nə qərəzi var. Amma uşaqlar olanların şahididir.

Tuncay telefonla mənə dedi ki, onsuz da Ayseli qəbul edən deyiləm. O, anam ola bilməz".

Qeyd edək ki, Canana və Kərim oktyabr ayında rəsmən boşanıblar. 

Həmin görüntüləri təqdim edirik:






Fikirlər