Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi...
4) Gündüz Abbasovdan ayrılan aktrisa bir müddət sonra filmlərə çəkilməyə başlayır. Onun ilk çəkildiyi film isə “Yenilməz batalyon” olur. Aktrisa filmdə Roza adlı bar sahibəsini canlandırır.
5) Gündüz Abbasov Ofeliya Məmmədzadə ilə heç vaxt görüşmür və onun aktrisalığını da qəbul etmir. Onların uşaqlarını Gündüzün anası saxlayır, boya-başa çatdırır. 6) Bir müddət sonra Ofeliya xanım digər həmkarı Hökumə Qurbanovanın keçmiş həyat yoldaşı teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur. Bu evlilikdən onların övladı olmur, ancaq aktrisa onunla düz 27 il birlikdə yaşayır.
7) Aktrisa uzun müddət övladları ilə görüşə bilməyib. Gündüz Abbasov uşaqlarına anaları ilə görüşməyi qəti şəkildə qadağan etsə də, Ofeliya xanım ondan gizlin uşaqlarını görmək üçün bağçaya gedirmiş. Aradan uzun illər keçəndən sonra Gündüz Abbasovun dostunun ad gününə təsadüfən gələn Ofeliya xanım artıq məktəbli olan uşaqlarını orada görüb onlarla görüşə bilir. Ancaq Gündüz Abbasov uşaqlarını Ofeliya xanımın iştirakı etdiyi tamaşaların hamısına aparırmış. 8) Gündüz Abbasovla yolları ayrılsa da o, rəhmətə gedəndə aktrisa onun dəfn mərasiminə gəlir, sonralar qayınanası ilə də ömrünün sonuna qədər ünsiyyətdə olur. Qayınanası rəhmətə gedəndə isə yas məclisinin ortasında hönkürtü ilə ağlayan bir qadın səsi eşidilir. Bu Ofeliya Məmmədzadə olur.
9) Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" adlı romanı Ofeliya Məmmədzadənin və Gündüz Abbasovun həyatından bəhs edir. 10) Aktrisa 11 iyul 2007-ci ildə 67 yaşında ürək tutmasından dünyasını dəyişir. Onun ölümü ilə bağlı müxtəlif şayiələr yayılır, aktrisa rəhmətə gedəndən sonra üç gün öz evində qaldığı deyilir.
Lakin, Ofeliya xanımın qızı Dildar Bədirova müsahibələrinin birində bu haqda deyir: “Qızım xaricdən gəlmişdi. Anam üçün saat və bəzi hədiyyələr almışdı. Şənbə günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib, hədiyyələrini gətirəcəm. Birinci gün nə qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna cavab verən olmadı. Oğlumu yolladım. Məlum oldu ki, qapı ardından anamın iti hürür, amma qapını açan yoxdu. Oğlumla danışandan sonra özüm gəldim. Qonşunun eyvanına çıxıb anamın eyvanına boylandım. Anamın yataq otağının pəncərəsi onlardan görsənirdi. Diqqətlə baxanda bir əl gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə gözümə görsənir. Ancaq diqqətlə baxanda gördüm ki, yox, əl anamın əlidir. Bir o yadımdadır ki, divara söykəndim. Və öz-özümə düşündüm ki, o, artıq ölüb. Qapını sındırmalarına icazə vermədim. Qardaşım kranla üçüncü mərtəbəyə çıxıb evə girdi. Anam uzanıqlı vəziyyətdə keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə qalmışdı. Əli də yanına düşmüşdü. Anamın ürəyi xəstə idi”.