“İşlərim çoxdur, amma danışmağa hardan başlayacağımı bilmirəm. Bir nəfər istedadlı müğənnimiz Pərvin Səfərovla “Dostum” musiqisini təklif etdi və baxdım ki, mahnı xoşagələndir. Düzdü, mənim repertuarıma aid deyildi, amma camaat üçün idi. Hiss etdim ki, mahnı insanlarımızın xoşuna gələcək. Razılaşdım və bu mahnını oxuduq. Mahnımız bir neçə saat içində trendə düşdü”.
Bunu Moderator.az-a açıqlamasında hazırda Moskvada yaşayan müğənni Fədayə Laçın deyib. Müğənni qürbət eldə olmasına baxmayaraq, yaradıcılığına davam etdiyini və yeni mahnılar üzərində işlədiyini bildirib:
“Sonra sözləri və musiqisi Elşad Kubinkaya aid olan “Ötdü cavanlıq” adlı bir mahnı oxudum və o mahnı da hamı tərəfindən sevildi. Bu mahnıya da klip çəkdirdik və çox gözəl qarşılandı. Elşaddan daha bir “Yalanlardan bezmişəm” adlı mahnı götürmüşəm. Gözəl, həzin mahnıdır. Onun da oranjimanı hazırdır və bu yaxınlarda Azərbaycana gələndə onu lentə aldıracam. Düşünürəm və inanıram ki, sevənlərim bu mahnımı da dinləyəcəklər. Elşad adlı istedadlı oğlanla bir duetimiz var və bu da retro mahnılara oxşayır. Bu mahnının da sözləri və musiqisi Elşada aiddir. Bu mahnıya da klip çəkdirəcəm”.