Fədayə Manafın həbsindən DANIŞDI: "Kişinin başına iş gələr... "
Müğənni Manaf Ağayev 15 sutka həbs cəzası aldıqdan sonra bir neçə həmkarı sosial şəbəkələrdə ona dəstək nümayiş etdiriblər. Onların arasında müğənni Fədayə Laçın da var. Publika.az Musavat.com bildirir ki, sənətki həmkarına bu cür dəstək verib: "Eşitdim və məyus oldum. Eybi yox, Manaf, kişinin başına iş gələr. Allah kömək olsun. Əslində Manaf ağır bir cinayət törətməyib, amma qaydaları da pozmaq olmazmış. Allah cəmi azadlığa layiq olanların qapısını açsın". Xatırladaq ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.