Həbsdən çıxan Manaf Ağayevdən ilk açıqlama ...
Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev 15 sutka həbs cəzası alıb və iki gün əvvəl azadlığa çıxıb. İfaçı ilk dəfə məsələ ilə bağlı paylaşım edib. "Geridə qalan 15 gün ərzində mənə və ailəmə dəstək olan hər bir insana dərin təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Xalqımın sevgisini mənə çox görməsin. Xalqıma hər zaman belə toylar qismət olsun, bizdə gəlib iştirak edək. Allah xoşbəxt eləsin! Toyumuza başladıq" - deyə, müğənni paylaşımında yazıb. Xatırladaq ki, Manaf Ağayev iş adamı Sənan Hüseynovla birgə bahalı avtomobillə Füzuliyə getmişdi və Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə paylaşmışdı. İşğaldan azad edilmiş ərazilərə qanunsuz səfərə görə sənətçi və iş adamı 15 sutka həbs olunmuşdu. AzerTaym.az