Müğənni Manaf Ağayev həmkarı Mənatət Əsədova ilə barışıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev məlumat verib.
Sənətçi deyir ki, Mətanət Əsədovanın komada olduğu haqqında məlumatı eşidən kimi bir baş xəstəxanaya gedib:
"Eşitdim xəstədir, dedim, gedib baş çəkim. Getdim və gözümlə gördüm, komada deyil. Onun komada olduğu haqda yayılan məlumat yalandır”.
Qeyd edək ki, bir müddət öncə müğənni Manaf Ağayev Füzuliyə qanunsuz səfər etməsi ilə əlaqədar 15 sutka həbs edilmişdi. Həbsdən çıxan sənətçi açıqlamasında bir çox sənət adamının onu məyus etdiyini bildirib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilərkən cavabında "Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli", - deyə, müğənni cavab verib.
Xatırladaq ki, bütün bunlardan sonra Manaf Ağayev Mətanət Əsədova və Vasif Məhərrəmlini instaqram hesabında izləmədən silmişdi.