“Nə qədər çətinliklər görsəm də dərdimi heç kimə yükləyən insan deyiləm...”

“Nə qədər çətinliklər görsəm də dərdimi heç kimə yükləyən insan deyiləm...”

Təbrikiniz üçün çox sağ olun. Bu gün həmişəki kimi səhər teatra getmişəm və teatrdan da evə qayıtmışam. Axşamdan isə hazırlığımı görmüşdüm. Yəni ki, ad günümü həmiş evdə ailəmlə qeyd edirik. Öz yaxınlarımla, övladlarımla bu günümü keçirirəm”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktrisa Mətanət Atakişiyeva deyib. Aktrisa həyatda çox pozitiv insan olduğunu bildirib:
“Mənim üçün insanın yaş anlayışı yoxdur. Şəxsən bu gün mənim altmış yaşım tamam olur, amma özümü o yaşda hiss etmirəm. Həmişə demişəm ki, daxilim, ürəyim el bil gəncdir. Ona görə də ətrafımda olan dostlarım, tanışlarım da gənclərdir. Teatrın özündə də gənc aktyor və aktrisalarla daha tez dil tapıram, ünsiyyət qururam. Yəni heç təsəvvürümə gətirə bilmirəm ki, altmış yaşım tamam olur. Həyat eşqi məndə çox güclüdür, həyatdan zövq almağı sevən insanam. Hətta çətin anlarımda da, dalana dirənəndə də özüm-özümə demişəm ki, hər şey yaxşı olacaq, şükür et. Həqiqətən də hər şey yaxşı olur. 
İnanın ki, pandemiya dövründə bir gün də evdə oturmamışam. Teatrlarımız işləməsə də seriallarım olub. Onda dörd seriala çəkilmişəm, dublyajla məşğul olmuşam. Eyni zamanda, Vaqif Msutafayevin studiyasında dublyajla məşğul olurdum. Pandemiya vaxtı çox yaradıcı bir həyat sürmüşəm və heç xəstələnməmişəm də. Təsəvvür edin ki, maskadan, spirtdən istifadə etməmişəm. Demişəm ki, Mətanət, bunları boş ver. Düzdür, amma təəssüf ki, nə qədər tanınmış insanlarımızı itirdik. 
Siz də həyatdan zövq alın. Əgər desəniz ki, bu niyə belədir, onda yıxılarsınız. Həyatda nə qədər çətinliklər görsəm də onu daxilimdə saxlamışam. Öz dərdimi heç kimə yükləyən insan deyiləm”. 






Fikirlər