“Çalıquşu”nun “Fəridə”si necə formada qalmasından danışdı ...
“Çalıquşu” filmində Fəridə obrazı ilə yaddaşlara həkk olan türkiyəli aktrisa Aydan Şener şəxsi həyatı ilə bağlı bilinməyən məqamları səmimi şəkildə bölüşüb. 59 yaşlı məşhur necə gözəl qalmasından danışıb: “Özünüzə diqqət yetirmək və çəkiyə diqqət yetirmək çox vacibdir. Yediklərimə çox diqqət edirəm. Üzə xaricdən vurulan şeylərə inanmıram, dəri daxildən qidalanır. Yuxuya fikir verirəm. Əsas odur, insanın içində fitnə-fəsad olmasın. Pozitiv olmaq çox vacibdir”. Çəkisini formada saxlamasında bəhs edən aktrisa bunun heç də asan olmadığını deyir: “Səhər südlü böyük qəhvə içirəm, günortalar zeytun yağı ilə bir dilim çörək yeyirəm. Axşam yeməyimi daha çox salatla keçirirəm. Daha çox balıq və salat yeyirəm. Diqqət etməsəm, olmur. Bir az yesəm, dərhal çəkim üç-beş kilo artır”. Şener plastik əməliyyatlara müsbət baxmadığını da bildirib. Yanaqlarına dolğu etdirən aktrisa bunu bir daha etməyəcəyini deyib. Oxu.az