ATV-nin aparıcısından təravətli dəri üçün tövsiyələr

"DUŞ QƏBUL ETMƏZDƏN ÖNCƏ LİMONU ORTADAN BÖLÜB BƏDƏNLƏRİNƏ ÇƏKSİNLƏR"
ATV-nin aparıcısından təravətli dəri üçün tövsiyələr
ATV telekanalının aparıcısı Samirə Mustafayeva gözəllik sirrini açıb.

Axşam.az saytına danışan S.Mustafayeva yediyi qidalara önəm verdiyini deyib:

“Hər zaman formada qalmaq üçün ilk növbədə yeməyimə, daha sonra isə baxımıma fikir verirəm. Sağlam qidalar seçirəm. Artıq iki ildir ki, orqanizmimi təmizləyirəm. Yalnız xeyirli tərəvəzlər yeyirəm. Mənim pəhrizim hər bir tərəvəzin təzəsini, yenicə bişmiş yeməyi qəbul etməkdir. Süd, kəsmik, pendir, zeytun hər gün qida rasionumda olmalıdır. Bir də suyu çox içirəm. Yaşıl çay da mütləqdir. Güclü pəhriz saxlamıram. Əgər artıq çəki yığdığımı hiss edirəmsə, bir gün yeməyə ara verir, istirahət edirəm. Ev şəraitində maskalar hazırlayıb, üzümə çəkirəm”.

S.Mustafayeva xanımlara bəzi tövsiyələrini də verib:

“İdmanla məşğul olmaq mütləqdir. Bu, sağlamlıq üçün vacibdir. İdman mənim həyat tərzimə çevrilib. Marketlərdə avokado satılır. Qiyməti o qədər də baha deyil. Onu alıb əzib, üzərinə azca zeytun yağı, bildirçin yumurtası və bal qatıb üzlərinə çəksinlər. Əgər dəriləri qurudursa, içərisinə limon şirəsi əlavə etsinlər. Üzə çəkib bir az saxladıqdan sonra ilıq su ilə yusunlar. Duş qəbul etməzdən əvvəl limonu ortadan yarıya bölüb bədənlərinə çəksinlər. Bu, bütün dərini təmizləyir. Eyni zamanda kofeni duş gelinə töküb, skrab əvəzi bədənə vurmaq olar. Çünki dərini təravətləndirir, təmizləyir, bərkidir. Bunlar hər bir xanımın ev şəraitində edə biləcəyi baxım vasitələridir”.


ATV-nin aparıcısından təravətli dəri üçün tövsiyələrATV-nin aparıcısından təravətli dəri üçün tövsiyələrATV-nin aparıcısından təravətli dəri üçün tövsiyələr






Fikirlər