Oqtay Əliyev Paşinyanla qonşu olub? - “Yaşıma yaraşarmı yalan danışım?”

Oqtay Əliyev Paşinyanla qonşu olub? - “Yaşıma yaraşarmı yalan danışım?”

Tanınmış rejissor, SOY prodakşnın rəhbəri Oqtay Əliyevin “Paşinyan qardaşımın velosipedini götürüb qaçmışdı, cığal uşaq idi” deməsi marağa səbəb oldu. 

Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən açıqlamanın yalan olduğunu iddia edənlər də az olmadı. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan O.Əliyev sözügedən açıqlamanı bir il əvvəl efirdə verdiyini deyib.  

O, açıqlamasında heç bir yalanın olmadığını bildirib:

 

“Mən bu sözləri ötən gün deməmişəm, 1 il əvvəl demişəm. Bundan 1 il qabaq verilişdə həmin söhbət gedib. Bu yeni açıqlama deyil. Bu söhbətdə zarafat etdiyimi düşünürsünüz? Mənim yaşıma, ağlıma yaraşarmı yalan danışım? Xahiş edirəm qutaraq bu söhbətləri”. 






Fikirlər