Mətanətin ad gününü səhv salan Niyam bunu etdi...

Əməkdar artist Mətanət İsgəndərli bu gün "Həmin Zaur" verilişində qonaq olarkən maraqlı hadisə yaşanıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, proqram zamanı studiyaya dəvət olunan müğənni Niyam Salami həmkarına üzərində qızıl açar olan boyunbağı hədiyyə edib. Sənətçi bildirib ki, Əməkdar artistin doğum günü tarixini səhv salıb və tələsik onun üçün hədiyyə axtarışına başlayıb:

"Studiyaya daxil olduqdan sonra öyrəndim ki, Mətanət xanımın ad günü yaydadır".

Mətanət İsgəndərli hədiyyə üçün təşəkkür edib və onu heç vaxt boynundan çıxarmayacağını bildirib.

Həmin görüntüləri təqdim edirik:






Fikirlər