Mətanət İsgəndərli toyda koronavirusa YOLUXUB...
Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərli virusa toyda yoluxduğunu bildirib. "AzerTaym.az" bildirir ki, bu barədə teleaparıcı Elgiz Əkbər verilişində məlumat verib. Onun sözlərinə görə müğənni Rusiyada iştirak etdiyi toylardan birində virusa yoluxub: "Toyda olanda virusa yoluxub. Koronavirus infeksiyasına yoluxun bir nəfər müğənniyə yaxınlaşıb və şəkil çəkdirmək istəyib. Beləcə, o da yoluxub. Zəng edirik telefona cavab vermirlər. Bacısı da götürmür, düz etmirlər. Virusa yoluxmaq nədir ki, danışmırlar. Mən də yoluxdum və sağaldım. Zənglərə də özüm cavab verirdim". O, müğənninin gecə saatlarında vəziyyətinin ağırlaşdığını, xəstəxanaya yerləşdirildiyini qeyd edib. Xatırladaq ki, M.İsgəndərli bir müddət əvvəl Rusiyadakı həmyerlilərimizin toy məclislərinə dəvət alaraq ora getmişdi. /yenisabah.az