45 yaşını Laçında qeyd etdi - FOTOLAR

Aparıcı Günay Malikqızı ad günündə arzusuna çatdığını vurğulayıb.

 Axşam.az xəbər verir ki, 45 yaşı tamam olan Günay özəl gününü Laçında qeyd etdiyini bildirib.

Həyat yoldaşı ilə fotolarını yayımlayan aparıcı "Arzular reallaşır! "O gün olsun Laçında ad günü keçirdəsən" deyənlər, o gün oldu. 45 -i Laçında qarşıladım. Deməli, bundan sonra gələn hər il daha gözəl olacaq. Gözəl nə deməkdir? Canımız sağ, Vətənimiz firavan, günümüz xoş olsun. Laçın cənnətdir.  Ad günü keçirtmək üçün yer axtarmayın, hamınız bura gəlin" sözlərini yazıb.






Fikirlər