"Ona qadın dözməz" - Rəvanın birinci arvadı
İki dəfə ailəli olan müğənni Rəvan Qarayevin həyat yoldaşları "Ay Zaur" verilişində telefonla açıqlama veriblər. Axşam.az-ın məlumatına görə, ifaçının ilk xanımı Əsmər hazırda İstanbulda yaşadığını deyib. O, Rəvanla ayrılma səbəblərindən bəhs edib:
"Qızımızın 11 yaşı var. Rəvanla bir-birimizə pis rəftarımız olmayıb. 10 ildir ayrılmışıq. Günah ikimizdə də var idi. Uşaq idik evlənəndə. Sevdik evləndik, ayrılmaq da öz istəyimizlə oldu. Ona sənətinə görə hər qadın dözməz. Rəvan qızı üçün hər şey edir".
Qarayevin ikinci həyat yoldaşı olan Günay xanım isə ayrılma səbəblərinin ifaçının atası Elşad Qarayevin olduğu söyləyib:
"Qızımızın 6 yaşı var. Ayrılmağımızda günah onda idi. Səbəb qısqanclıq deyildi. 5 il ailəli oldum, xəyanət etməyib".
Aparıcı Zaur Kamalın "Deyirlər, sizi Rəvanın atası Elşad Qarayev ayırıb" sözlərinə isə Günay "Rəvana görə bu mövzuda danışmayacam" deyərək, sözü inkar etməyib.