Nazir Əbülfəs Qarayevin gecikmiş dolma müsibəti -VİDEO
"Dolmanın bişirilmə ənənələrinin YUNESKO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır"Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.
Öz fikirlərini Azərbaycan dilində çox çətinliklə ifadə edən Mədəniyyət naziri Əbülfəs Qarayev bu durumu ilə görəsən dünyaya nəyi anladacağını düşünür? Ermənilər artıq illərdir ki, dolma festivalı keçirib bunu bütün dünyada təbliğ edəndə Əbülfəs Qarayev hardaydı və nə işlə məşğul idi?
Hər il ermənilər bu dolma festivalında dünyanın ən uzun dolmasını hazırlayaraq Ginnesin Rekordlar Kitabına salmağa çalışanda bizim məmurlar yəqin ki, xarici ölkələrə daşıdıqları pullarını hansı banka yerləşdirəcəklərinin dərdinə qalmışdılar.
Paytaxtımızda keçirilən Avropa Oyunları zamanı qonaqlara pulsuz paylanan yeməklərin arasında da dolma yox idi. Niyəsini bir Allah bilir.
Ermənilərin hər il İrəvanda düzənlədiyi dolma festivalı haqqında iki videonu və fotoları təqdim edir: