Nazirin iştirak etdiyi tədbirdə Qarabağı xəritədən sildilər (FOTO)

 Türkiyənin məşhur qəzetinin montajı narazılıq yaratdı.

Türkiyənin məşhur saytlarından birində Azərbaycana qarşı hörmətsizlik edilib. Türkiyənin "Sabah" qəzetinin saytı Dünya Turizm Forumu çərcivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalədə hazırlayıb. Məqalənin fotosunda Azərbaycanın, Makedoniyanın, Qana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin arxa fonundakı Azərbayacanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. 
Bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olub. 
Nazirin iştirak etdiyi tədbirdə Qarabağı xəritədən sildilər (FOTO)

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov ANS PRESS-ə açıqlamasında fotonun montaj olduğunu deyib. "Forumda nazirlərin fonunda belə bir şəkil olmayıb. Bu, sonradan fotoşopla hazırlanıb. Bununla bağlı mütləq tədbir görülməlidir", - deyə qurum rəsmisi vurğulayıb. 
Nazirin iştirak etdiyi tədbirdə Qarabağı xəritədən sildilər (FOTO)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də məsələdən xəbərdar olduğunu və bu barədə səfirliyə məlumat verildiyini qeyd edib. 
Turizmin Davosu adlandırılan Dünya Turizm Forumu 2016-cı il fevralın 4-də İstanbulda keçirilib. Forumda Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev, Makedoniyanın Dövlət naziri Furkan Çako, Qananın Mədəniyyət və Turizm naziri Elizabet Ofosu Agyare və Türkiyənin Turizm naziri Mahir Ünal iştirak edib. 
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib. Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da bildirib.
Çıxışında ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən nazir Əbülfəs Qarayev, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları, həmçinin 2016-cı ildə keçiriləcək Formula-1 Oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının turizmin inkişafı üçün də mühüm addım olduğunu qeyd edib.(anspress)

 AzerTaym.az






Fikirlər