Əbülfəs Qarayevin şöbə müdirinə gücü çatmadı!

Əbülfəs Qarayevin şöbə müdirinə gücü çatmadı!Ağdam rayon mədəniyyət və turizm şöbəsinin müdiri nazir və icra başçısı ilə döyüşdən qalib çıxdı...

"AzerTaym.az" bildirir ki,bu barədə “Xeberinfo.com” saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki,
Ağdam rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şahin Qasımov təqaüd yaşına çatsa da, vəzifəsindən ayrılmaq istəmir. Mədəniyyət və tuzrizm naziri Əbülfəs Qarayev və Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov şöbə müdirini qanunauyğun olaraq vəzifəsindən kənarlaşdırmaq istəsələr də alınmayıb. Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, ən pis vəziyyətdə qalan isə Ağdam rayon icra hakimiyyətinin başçısı olub. Belə ki, ötən ilin aprelində Ağdam rayon icra hakimiyyətinin başçısı təyin edilən Raqub Məmmədov Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsini bir nəfər yaxın münasibətdə olduğu şəxsə vəd edib.

Əbülfəs Qarayevin şöbə müdirinə gücü çatmadı!Ötən il baş tutan söhbətdə Raqub Məmmədov adını açıqlamaq istəmədiyimiz həmən şəxsə bildirib ki, “Şahin Qasımov 2015-ci ildə təqaüdə gedəcək, ona kimi səbr et, o zaman bu vəzifə sənindir”. Həmən şəxs də böyük ümidlə 2015-ci ili gözləyib. Məlumata görə, 2015-ci ilin əvvəlində icra başçısı Raqub Məmmədov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də bu barədə danışıb və rayonun Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyində görmək istədiyi şəxs haqqında nazirə məlumat verib. Nazir icra başçısının bu istəyini müsbət qarşılayıb və yeni şöbə müdirinin ümidləri dorğuldacağına inandığını bildirib.

Nazirlə icra başçısı Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyində kadr dəyişikliyi aparmaq haqqında razılığıa gəldikləri vaxt, şöbə müdiri bu planları pozmaq üçün hərəkətə keçib və uzun illərdir yaxın münasibətlərdə olduğu bir eloğlusuna müraciət edib. Həmən şəxs respublikada nüfuzlu ziyalılardan sayılır və hakim ailəyə yaxın azsaylı şəxslərdən biridir. Həmən şəxsin işə qarışması ilə icra başçısı ilə nazirin planları “daşa dəyib”.

Əbülfəs Qarayevin şöbə müdirinə gücü çatmadı! Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə şöbə müdirinin bu gözlənilməz gedişi qarşısında gücsüz qalan icra başçısı geri çəkilməyə üstünlük versə də, nazir Əbülfəs Qarayev bunu Şahin Qasımova bağışlamaq niyyətində deyil.

Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında Şahin Qasımova töhmət verən nazir onu təqaüdə göndərməkdə qərarlı olduğunu nümayiş etdirib.

Məlumata görə, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov da şöbə müdirinə bir sıra sürpirizlər hazırlayıb. Şahin Qasımovun bu həmlələr qarşısında nə edəcəyi maraqla gözlənilir.


"AzerTaym.az"






Fikirlər