13.03.2014. - AĞDAMDAN XƏBƏR VAR
Ağdam raynunun icra başçısı Nizami Sadıqovun vəzifədən alınması gündəmə gəlib.
Ağdamdan daxil olan məlumata görə rayon ictimaiyətinin arasında icra başçısı Nizami Sadıqovun vəzifəsi ilə vidalaşacağı haqqında söz-söhbətlər dolaşır. Elə bu üzdəndə rayonda icra başçısı olmağa həvəsli olan şəxslər hərəkətə keçib.
Nizami Sadıqovun kreslosunda gözu olan məmurlardan biri və birincisi rayon Maliyyə Şöbəsinin müdiri Elşad Əhmədovdur. Belə ki, icra başçısının vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar daha çox Nizami Sadıqovun yaxın ətrafından qaynaqlansa da, bu məlumatların yayılmasında Elşad Əhmədov daha çox canfəşanlıq gösətərir.
Məlumatda göstərilir ki, Elşad Əhmədov uzun müddətdir ki, Nizami Sadıqovun yerinə göz dikib və elə bu üzdəndə yaranmış fürsətdən yararlanmaq istəyir. Qeyd edək ki, Elşad Əhmədov maliyyə idarəsinə təyinat almamışdan öncə Ağdam rayon icra başçısının müavini vəzifəsində çalışırdı və Nizmai Sadıqovun təyinatından sonra icra başçısı onu bu vəzifədən kənarlaşdırdı. Ancaq Elşad Əhmədov yuxarı dairələrdə özünə hami taparaq rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsinə təyinat aldı. Bundan sonra icra başçısı Nizami Sadıqov Elşad Əhmədovun rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ilə razılaşmayaraq təxminən 1,5 il onun təsdiq olunmasını əngəlləyib və bu müddətdə Elşad Əhmədov əvəzedici sifəti ilə Ağdamın maliyyəsini idarə edib.
Bildirilir ki, ikili arasında soyuq münasibətlər bu günə qədər davam eləyib və Nizami Sadıqov haqqında Bakıya edilən qikayətlərin böyük əksəriyyətini məhz Elşad Əhmədovun təşkil etdiyi iddia olunur. Nizami Sadıqovun vəzifədən alınma səbəblərindən biri onun icazəsiz Bakıda böyük mülklər alması, həmçinin dövlət vəsaitlərini təyinatından kənar xərcləyərək külli miqdarda dövlət vəsaitini mənimsəməsidir. Eyni zamanda bu gün Ağdam rayonu Prezident Admistrasiyasına ən çox şikayət daxil olan 10 rayon arasında yer alır və bütün bunlar Nizami Sadıqovun mövqeyini xeyli zəiflədib. Mənbə bildirir ki, Nizami Sadıqov başqa rayona təyinat almağa çalışsa da, hələlik istəyinə nail ola bilmir.
Məlumatda qeyd olunur ki, hazırda Elşad Əhmədov rayonun sayılıb seçilən bəzi məmurları ilə birlikdə hərəkət edərək icra başçısı təyinatı almaq istəyir. Həmçinin Elşad Əhmədovun son günlər bu məsələ ilə bağlı tez tez paytaxta səfərlər etməsi və danışıqlar apardığı bildirilir.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…